Gerb President of Azerbaijan

Bahar Səmədovadan, Salyan, Azərbaycan

07 dekabr 2017, 15:20

Hörmətli cənab Prezidentimiz,

Mən bu il noyabrın 16-dan 19-dək “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında oldum. Gəncə şəhərində Heydər Əliyev muzeyi ilə tanışlıq zamanı müasir Azərbaycanın memarının ömür yoluna səyahət bizə qürur və fəxarət hissi bəxş etdi.  Çox xoşbəxtik ki, bizim Heydər Əliyev kimi babamız olub və Sizin kimi qayğıkeş Prezidentimiz var.

Sonra biz Cümə məscidində və "İmamzadə" kompleksində olduq. Xalqımızın Allaha bağlılığını, müqəddəslərə ehtiramını bir daha dərk edərək mənən saflaşdıq. Azərbaycan Dövlət Rəmzləri Muzeyində Vətənimizin möhtəşəmliyini, zənginliyini və dünya üçün nümunəvi ölkə olduğunu bir daha anladıq. Sonra dahi şairimiz Nizami  Gəncəvinin məqbərəsini ziyarət etdik.

  Möhtərəm Prezidentimiz, bu təəssüratlar öz gözəlliyi ilə ömrümün sonuna qədər yaddaşımda qalacaq. Mənə və mənim timsalımda bütün gənclərə göstərdiyiniz bu qayğıya görə şagird yoldaşlarım adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Səmədova Bahar Zaur qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.