Gerb President of Azerbaijan

Nuranə Babayeva və başqalarından, Salyan, Azərbaycan

07 dekabr 2017, 15:00

Hörmətli cənab Prezident,

Biz “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etdiyimizə görə çox sevinirik. Üç gün davam edən tur-aksiya zamanı biz Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında olduq. Biz “Zəfər tağı” bağı, Heydər Əliyev Mərkəzi, qədim və yeni Şəmkir, Gəncənin tarixi, mədəniyyəti ilə əyani şəkildə tanış olduq. Ekskursiya zamanı qədim mədəniyyət abidələri ilə yanaşı, müasir tikililər, turizm obyektləri, mənzərəli məkanlar bizə zəngin təəssürat bəxş etdi. Ümumiyyətlə, 3 gün ərzində gördüklərimiz bölgələr haqqında məlumatımızı xeyli artırıb. Biz həm də özümüzə yeni dostlar qazanmışıq.

Möhtərəm cənab Prezident, gənclərin dünyagörüşünün artırılması məqsədilə belə layihələrin həyata keçirilməsi bizim üçün çox əhəmiyyətlidir. Əgər belə layihələr davam edərsə, biz Azərbaycanımızı dünyada daha yaxşı təmsil edəcəyik.

“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirakımıza yaratdığınız şəraitə görə Sizə dərin təşəkkürümüzü bildirir, bu layihənin davamlı olması arzulayırıq.

Hörmətlə,

Babayeva Nuranə Müşfiq qızı

Əliyeva Sevinc Əfrail qızı

Əliyev Nihat Elşən oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.