Gerb President of Azerbaijan

Elman Bayramovdan, Gəncə, Azərbaycan

14 noyabr 2017, 15:40

Çox hörmətli cənab Prezident,

Noyabrın 10-da Siz növbəti dəfə Nizami yurdu qədim Gəncə şəhərində oldunuz. Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, bölgələrimizin, o cümlədən Gəncə şəhərinin sosial-iqtisadi inkişafı, abadlıq quruculuq işləri Sizin əvəzolunmaz fəaliyyətiniz nəticəsində bu gün də sürətlə davam etdirilir.

Sizin yürütdüyünüz siyasət, iqtisadi inkişaf strategiyası Azərbaycan Respublikasının inkişafına, tərəqqisinə, insanların sosial rifahının yaxşılaşmasına xidmət edir. Bölgələrdə misilsiz abadlıq və quruculuq işləri aparılır. Gəncə şəhəri də Sizin qayğınız nəticəsində sürətlə inkişaf edir, abadlaşır və gözəlləşir. Sizin Gəncəyə hər  gəlişiniz şəhərimizdə bayram əhval-ruhiyyəsi yaradır. Bu yaxınlarda şəhərimizə 15-ci səfəriniz zamanı da Siz bir sıra obyektlərin açılışını etdiniz. Ən qürurvericisi də odur ki, açılışınızı etdiyiniz bütün sahələr əhalinin rifah halının yaxşılaşmasına xidmət edir.

Gəncə sakinlərinin istirahəti üçün parklar və əyləncə mərkəzi, əhalinin məşğulluğunun təmin olunması məqsədilə iki böyük ticarət mərkəzinin, Gəncənin elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırmasında böyük rol oynayacaq elektrik stansiyasının, gözəl arxitekturaya malik, əzəmətliliyi və müasirliyi ilə göz oxşayan Gəncə Dövlət Filarmoniyasının, təhsil müəssisələrinin açılışını edərək biz gəncəlilərin istifadəsinə verdiniz.

Hörmətli cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə bir Gəncə sakini kimi şəxsən öz adımdan və şəhər sakinləri adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sağ olun, var olun, cənab Prezident!

Allah Sizi qorusun.

Hörmətlə,

Bayramov Elman Ənvər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.