Gerb President of Azerbaijan

Söhbət İsayev və başqalarından, Oğuz, Azərbaycan

12 oktyabr 2017, 14:00

Hörmətli cənab Prezident,

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaradılması ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısındakı tarixi xidmətidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, tükənməz enerjiniz və işgüzarlığınız, vətənpərvərliyiniz sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.

Siz son illər Azərbaycanın  demokratik bir ölkə kimi dünyada nüfuz qazanmasını təmin etmisiniz. Biz bundan hədsiz qürur duyuruq. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni Sizin həyata keçirdiyiniz uğurlu siyasət, apardığınız hərtərəfli və dərin islahatlar sayəsində qazanıb. Sizin xüsusi dəstəyiniz və səyləriniz nəticəsində respublikanın hər yerində abadlıq və quruculuq işləri həyata keçirilir.

Hörmətli cənab Prezident, indi Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün hər bir şərait mövcuddur. Regionların inkişafına göstərdiyiniz diqqət və qayğı da göz qabağındadır. Bu inkişafın ən gözəl nümunəsini biz Oğuz rayonunda, eləcə də yaşadığımız Xaçmaz kəndinin timsalında daim müşahidə edirik. Son illər ərzində kəndimizdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması, ilk dəfə olaraq təbii qaz xəttinin çəkilişi, müasir tələblərə cavab verən asfalt yolun salınması əhalinin sevincinə səbəb olub. Hazırda isə Xaçmaz kəndində elektrik dirəkləri və naqilləri dəyişdirərək yeni metal dirəklər və SİP kabellərlə əvəz edilir.

Möhtərəm cənab Prezident, bütün bu işlərə görə Oğuz rayonunun Xaçmaz kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, xalqımızın rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq. Biz Sizin rəhbərliyinizlə daim inkişaf edən Azərbaycan Respublikasının vətəndaşı olmağımızdan qürur duyuruq.

Dərin hörmətlə,

İsayev Söhbət

Şəfiyev Saməddin

Məsimov İsgəndər

Yunusov Oktay  və başqaları (cəmi: 16 nəfər).

Azərbaycan Respublikası, Oğuz  rayonu, Xaçmaz kəndi.