Gerb President of Azerbaijan

Novruz Hüseynovdan, Ucar, Azərbaycan

12 oktyabr 2017, 12:50

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınıza uyğun olaraq, Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi biz kənd sakinlərini çox sevindirdir. Əvvəllər bərbad vəziyyətdə olan bu yolda çox əziyyət çəkmişik. Hazırda isə avtomobil yolu asfaltlanıb və gediş-gəliş üçün çox rahat vəziyyətdədir.

Hörmətli cənab Prezident, mənim 8 övladım, 21 nəvəm, 27 nəticəm var. Onların və kəndimizin sakinləri adından Sizə təşəkkürümü bildirirəm. Ulu öndərimiz Heydər Əliyevin və Sizin Azərbaycanın inkişafı üçün gördüyünüz işlər göz qabağındadır. Azərbaycanın gələcəkdə daha da inkişaf etməsi istiqamətində fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Hüseynov Novruz İsaxan oğlu.

Azərbaycan Respublikası, Ucar  rayonu, Rəstəcə kəndi.