Gerb President of Azerbaijan

İlham Quliyevdən, Lənkəran, Azərbaycan

14 sentyabr 2017, 14:15

Hörmətli cənab Prezident,

Lənkəran şəhərində yeni Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi ilə bağlı imzaladığınız Sərəncamla əlavə vəsait ayırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu Sərəncamınız biz mədəniyyət işçilərini də çox sevindirir. Çünki idman həyatın ayrılmaz hissəsi, sağlamlığın rəhnidir. İdmançılarımızın dünyanın, Avropanın ən mötəbər yarışlarında parlaq qələbələri ilə üçrəngli bayrağımızı yüksəklərə qaldırmaları hər birimiz üçün qürurvericidir. Əminik ki, şəhərimizdə tikilən Olimpiya İdman Kompleksi yeni, peşəkar idmançılarımızın yetişməsinə, növbəti parlaq qələbələrin qazanılmasına öz töhfəsini verəcək.

Möhtərəm cənab Prezident, Sizə “Çox sağ olun!” deyir, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyev İlham.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.