Gerb President of Azerbaijan

İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

14 sentyabr 2017, 14:10

W1siziisijiwmtcvmdkvmtqvm3pma2y1bhg2nf8wmdguslbhil0swyjwiiwidgh1bwiilciymdv4mte1il1d?sha=90a408f7c7f47667

Prezident İlham Əliyev sentyabrın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

Görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirildi. Qeyd olundu ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulandı.

Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirdi və ordeni ona təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.