Gerb President of Azerbaijan

Hakim İsmayılov və başqalarından, Lənkəran, Azərbaycan

13 sentyabr 2017, 14:10

Möhtərəm cənab Prezident,

Lənkəran şəhərində çay, çəltik və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı keçirdiyiniz müşavirə biz lənkəranlılara - zəhmət adamlarına göstərdiyiniz yüksək etimad oldu. Bu, hər bir zəhmətkeş lənkəranlı üçün qururvericidir.

Lənkəran həmişə özünün çayı, çəltiyi və sitrusu ilə məşhur olub, tanınıb. Sevinirik ki, unudulmuş bu təsərrüfat sahələri Sizin şəxsi təşəbbüsünüzlə yenidən dirçəlir. Bu, bizə tükənməz inam, ümid verir. Əmin oluruq ki, ulu öndər Heydər Əliyevin vaxtında olduğu kimi, Sizin rəhbərliyiniz altında da yenidən ruzimizin bol, imkanlarımızın geniş olduğu dövrdə yaşamağa başlayırıq.

Çox sağ olun, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

 

İsmayılov Hakim

Məmiyev Rusif

Rəşidov Elçin

Dövlətova Məlahət

Bayramov Habil.

Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu qəsəbəsi.