Gerb President of Azerbaijan

İsrafil Kərimovdan, Bakı, Azərbaycan

13 sentyabr 2017, 14:05

Hörmətli cənab Prezident,

Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammitində erməni vəhşiliklərini, bədnam qonşularımızın xalqımıza qarşı törətdikləri soyqırımları dünyanın gözü önündə cəsarətlə söyləməyiniz bir azərbaycanlı olaraq məndə qürur hissi oyatdı.

Biz bilirik ki, Siz torpaqlarımızın erməni işğallından azad edilməsi üçün hələ ki, siyasi yola üstünlük verir, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına və ədalətin bərpa olunmasına çalışırsınız. İnanırıq ki, Sizin siyasi fəaliyyətiniz, qətiyyətiniz və möhkəm iradəniz sayəsində biz öz istəyimizə çatacağıq.

Cənab Prezident, Sizə - ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısına bu yolda uğurlar arzulayırıq.

Hörmətlə,

Kərimov İsrafil Müqabil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.