Gerb President of Azerbaijan

Cəbrayıl Heydərovdan, Bakı, Azərbaycan

12 avqust 2017, 17:00

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Sizin təşəbbüsünüzlə yaradılmış Pirallahı rayonu az vaxt keçməsinə baxmayaraq, öz simasını çox dəyişib və Azərbaycanın dilbər guşələrindən birinə çevrilib.

Bu gün ölkəmizdə sahibkarlığın inkişafı və dəstəklənməsi istiqamətində aparılan bütün islahatlar birbaşa Sizin nəzarətinizdədir. Biz sahibkarlar fəaliyyətimiz zamanı dövlətin diqqət və qayğısını daim hiss edirik.

Pirallahı rayonunda fəaliyyət göstərən sahibkarlar adından sahibkarlığın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Heydərov Cəbrayıl Cavad oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.