Gerb President of Azerbaijan

Aydın Əbilovdan, Bakı, Azərbaycan

12 avqust 2017, 16:30

Hörmətli cənab Prezident,

Siz müasir Azərbaycan dövlətçiliyinin banisi ümummilli liderimiz Heydər Əliyevin siyasi-fəlsəfi dövlətçilik məktəbinin ən layiqli davamçısı kimi respublikamızın dünya səviyyəli çiçəklənən ölkəyə çevrilməsi üçün misilsiz işlər görürsünüz.  Ölkəmizə rəhbərlik etdiyiniz hər gün qızıl hərflərlə çağdaş milli sivilizasiya tariximizə həkk olunur. Siz zəmanəmizin dünya siyasi elitasında özünəməxsus yer tutur, görkəmli dövlət xadimi kimi intellektual-kreativ addımlarınızla, qlobalmiqyaslı, planetar əhəmiyyətli demokratik-siyasi modellər yaratmaqda bir çox ölkələrin siyasətçilərinə örnək olur, tədqiqatçıları heyrətləndirirsiniz. 

Hörmətli cənab Prezident, aparılan mədəni-sosial siyasətin növbəti əlamətdar hadisəsi Milli Mətbuat Günü münasibətilə 255 nəfər KİV nümayəndəsinə jurnalistlər üçün yeni tikilmiş hündürmərtəbəli yaşayış binasında fərdi mənzillər bağışlamağınız oldu. Siz 255 ailənin ocağını yenidən yandırdınız, evləri ərməğan etdiyiniz jurnalistlərin siyasi, dini, etnik, hətta müxalifdüşüncəli olmasının fərqinə varmadınız, ehtiyacı olan layiqli namizədlərin, onların çoxsaylı ailə üzvlərinin ürəklərini fərəhlə doldurdunuz.

Cənab Prezident, biz Sizin xeyirxah əməllərinizi alqışlayır, Sizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Hörmətlə,

Əbilov Aydın Xan oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.