Gerb President of Azerbaijan

Çimnaz Ağakişiyevadan, Bakı, Azərbaycan

12 avqust 2017, 16:00

Hörmətli cənab Prezident,

Həyat yoldaşım, İctimai Televiziyanın böyük rejissoru Ramin Nazıyevə və mənə verdiyiniz böyük mükafata – jurnalistlər üçün yeni tikilmiş binada mənzilə görə Sizə hər ikimizin adından dərin təşəkkürümüzü bildirirəm.

Cənab Prezident, Sizin jurnalistlərə göstərdiyiniz bu yüksək diqqət və qayğı bizi çox sevindirir. Nə yaxşı ki, mən də, həyat yoldaşım da məhz elə bu sənəti seçmişik. Demək ki, hər bir əziyyətin bir mükafatı varmış. Bu mükafatı Sizin əlinizdən almaq qədər isə böyük şərəf ola bilməz. Sizin gördüyünüz bu savab işi açıq qəlblə dəyərləndirən insanların sayı-hesabının olmamasını mənə gələn sonsuz təbriklərdən və “Sən buna layiqsən” ifadəsindən duyuram.

Jurnalistlərin dostu olan cənab Prezidentimiz, Sizinlə açılış günündə olan ünsiyyətimizdən, Sizin qeyri-adi səmimiyyətinizdən o qədər müsbət enerji aldıq ki, yəqin bundan sonra mənzilimizdə hər zaman həmin günün təəssüratları ilə yaşayacaq və yeni yaradıcılıq ideyalarını həyata keçirəcəyik.

Bir daha Sizə ailəmiz adından təşəkkür edirik. Nə yaxşı ki, bizim Prezidentimizsiniz!

Hörmətlə,

Ağakişiyeva Çimnaz Əlövsət qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.