Gerb President of Azerbaijan

Gülsara Rəfizadədən, Bakı, Azərbaycan

21 aprel 2017, 15:40

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə yaradılmış Pirallahı rayonunda görülən abadlıq və yenidənqurma işləri hamı kimi, məni də çox sevindirir. Pirallahı günbəgün gözəlləşir, hər tərəf yaşıllıqlara çevrilir, çoxlu  ağaclar, güllər əkilir, yeni parklar və uşaqlar üçün oyun meydançaları salınır. İnanıram ki, yaxın gələcəkdə Pirallahı Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Möhtərəm Prezident, ölkəmizdə yaratdığınız bu sabitliyə, əmin-amanlığa və inkişafa görə Sizə təşəkkürümü bildirir, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rəfizadə Gülsara Beydulla qızı.

Azərbaycan Respublikası, Başı şəhəri, Pirallahı rayonu.