Gerb President of Azerbaijan

Buluz Sadıqova və İnnab Nəsibovadan, Yevlax, Azərbaycan

20 aprel 2017, 16:50

Hörmətli cənab Prezident,  

Bu günlərdə Yevlaxa səfəriniz zamanı Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak etdiniz. Əvvəllər bu yolun yaxşı vəziyyətdə olmaması üzündən çox əziyyət çəkirdik. Yeni tikilmiş bu rahat yol kəndimizin əhalisinin böyük sevincinə səbəb oldu. Kənd təsərrüfatı ilə məşğul olan əhalimiz yetişdirdikləri məhsulu bu yol vasitəsilə rahat şəkildə bazara çıxara biləcək.

Cənab Prezident, Allah Sizi qorusun, atanıza - ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Hörmətlə,

Sadıqova Buluz

Nəsibova İnnab, şəhid anaları. 

Azərbaycan Respublikası, Yevlax rayonu, Salahlı kəndi.