Gerb President of Azerbaijan

Güloğlan Səlimovdan, Şəki, Azərbaycan

20 aprel 2017, 13:20

Hörmətli cənab Prezident,

Dünyada hökm sürən siyasi-iqtisadi böhrana baxmayaraq, Siz ölkəmizin inkişafı və çiçəklənməsi üçün əlinizdən gələni edir, iri infrastruktur layihələrinin reallaşdırılması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün daim yorulmadan çalışırsınız. Son illər ölkəmizin sürətli tərəqqisinin təmin olunmasına yönəlmiş tədbirlər, iqtisadi islahatlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ciddi uğurlar əldə edilib. Bu məsələdə də Sizin şəxsi qayğınız və diqqətiniz həlledici rol oynamışdır. İndi Azərbaycanda iqtisadiyyatın istənilən sahəsinin inkişafı üçün hər bir şərait mövcuddur.

Şəki rayonunun ucqar dağ kəndlərindən biri olan Baş Layısqı kəndinə təbii qazın verilməsi ilə əlaqədar burada yaşayan sakinlər adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Təbii qazın olmamasından çox əziyyət çəkirdik. Çox sağ olun ki, bizi bu əziyyətdən qurtardınız və böyük bir problemimizi həll etdiniz.

Cənab Prezident, mən, kənd ağsaqqalı olaraq həmkəndlilərim adından görülən bütün bu işlərə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Allahdan Sizə möhkəm cansağlığı və işlərinizdə daim uğurlar arzulayıram. 

Dərin hörmət və ehtiramla,

Səlimov Güloğlan Musa oğlu

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Layısqı kəndi.