Gerb President of Azerbaijan

Nazim Ağabəyovdan, Bakı, Azərbaycan

18 mart 2017, 16:15

Hörmətli cənab Prezident,

Əfv olunmağımla bağlı qərarınıza görə ailəm adından Sizə ürəkdən təşəkkür edirəm. İmzaladığınız əfv Sərəncamı ilə Siz Novruz bayramı ərəfəsində neçə-neçə ailəyə böyük sevinc bəxş etdiniz.

Cənab Prezident, ailəmiz Sizin həyata keçirdiyiniz siyasəti həmişə dəstəkləyib və Azərbaycanın uğurları ilə fəxr edib. Böyük humanistliyinizə və ölkəmizin vətəndaşlarına olan həssas münasibətinizə görə biz hamımız Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Ağabəyov Nazim Mayıs oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.