Gerb President of Azerbaijan

Qəhrəman Ələkbərovdan, İmişli, Azərbaycan

18 mart 2017, 12:30

Möhtərəm cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən möhkəm dayaqlar üzərində qurulmuş müasir Azərbaycan bu gün müstəqilliyinin şanlı dövrünü yaşayır. Sizin rəhbərliyinizlə aparılan uğurlu siyasət nəticəsində respublikamız dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir. Bu günlərdə Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməyiniz böyük sevincimizə səbəb olmuşdur.

Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da geniş abadlıq, quruculuq işləri aparılır. Bizim Qaraqaşlı və Mürsəlli kəndləri rayonumuzun ən ucqar kəndləridir. Sizin müdrikliyiniz, xalqsevərliyiniz nəticəsində kəndlərimiz çiçəklənmə dövrünü yaşayır. Son illərdə məktəblərdə əsaslı təmir-tikinti işlərinin görülməsi, kəndlərimizin təbii qazla təmin edilməsi Sizin qayğınız sayəsində olmuşdur. Bu ucqar kəndlərə avtomobil yolunun çəkilişinə başlanılması da bizi həddindən artıq sevindirir, bayramımıza bayram qatır.

Əziz Prezidentimiz, bütün bunlara görə Qaraqaşlı və Mürsəlli kəndlərinin əhalisi adından Sizə dərin minnətdarlığımızı bildirir, xalqımızın qarşıdan gələn əziz bayramı – Novruz bayramı münasibəti ilə Sizi və ailənizi təbrik edir, uzun ömür, cansağlığı, Azərbaycanın çiçəklənməsi yolunda gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Ələkbərov Qəhrəman Ulxan oğlu,

Əzimov Alış Qulu oğlu,

Soltanov Tahir Bırxuda oğlu,

Əliyev Elman Əliağa oğlu və başqaları - cəmi 17 nəfər.

Azərbaycan Respublikası, İmişli rayonu.