Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirovadan

28 oktyabr 2013, 16:35

Hörmətli cənab Prezident,

Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi, habelə valideynlər və şagirdlər adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik.

Əminik ki, Sizin müdrik rəhbərliyinizlə dost Azərbaycan və onun xalqı daha da inkişaf edəcəkdir.

İnanırıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi istiqamətində sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsinə yönəlmiş fəaliyyətiniz davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.

Hörmətlə,

Tatyana Tixomirova

Həştərxan şəhərindəki Heydər Əlirza oğlu Əliyev adına
11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru 

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00