Podqoritsa şəhərinin meri Miomir Muqoşadan

13 oktyabr 2013, 14:40

Möhtərəm Prezident,

Monteneqronun paytaxtı Podqoritsa şəhərinin sakinləri adından və şəxsən öz adımdan ölkənizdə keçirilmiş demokratik seçkilərdə qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

Seçicilərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməyiniz ölkənizi siyasi müdriklik və məharətlə idarə etməyinizin təsdiqidir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın bütün sahələrdə tərəqqisi və inkişafı davam edəcək, ölkələrimizin dostluq əlaqələri daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Sizin dost ərməğanınız - şəhərin mərkəzindəki yeni qurulmuş “Kral parkı” Podqoritsa sakinlərinə hər gün Azərbaycanı xatırladır. Bir daha bu səxavətli ərməğana görə Sizə minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Miomir Muqoşa

Podqoritsa şəhərinin meri