14:10
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10
Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir–bərpa işlərindən sonra açılışında iştirak etmişdir.
Əvvəlcə dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva teatrın qarşısındakı meydanda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış oldular.
Sonra Prezident İlham Əliyev teatrın binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazır vəziyyətini əks etdirən şəkillərə baxdı.
Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılmışdır. Teatrın fasad hissəsinə yeni üzlük vurulmuş, dam örtüyü dəyişdirilmişdir. Təmir və yenidənqurma zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir.
Prezident İlham Əliyev foyelərdə, tamaşa salonunda, mərkəzi lojada, səhnədə, ilkin məşq, texniki avadanlıq, qrim otaqlarında görülən işlərlə tanış oldu.
Məlumat verildi ki, teatrın səs-akustika və səhnə-işıqlandırma sistemləri müasir layihə və texnologiyalar əsasında yenidən qurulmuşdur. Teatrın binası yeni mövsümdə teatrsevərlərə təqdim olunmaq üçün tam hazırdır.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşada Bülbülün ev-muzeyində olublar.
17 may 2024, 14:10Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və...
17 may 2024, 14:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə qərara alıram:
Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər...
16 may 2024, 18:00