M.C.Mərdanovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 aprel 2013, 16:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il.