İlham Əliyev və ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Riçard Morninqstarın görüşü olmuşdur

22 sentyabr 2010, 22:57
İlham Əliyev və ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Riçard Morninqstarın görüşü olmuşdur

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları dövlət katibinin Avrasiya energetika məsələləri üzrə nümayəndəsi Riçard Morninqstar ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında energetika sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Görüşdə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon da iştirak etmişdir.