İlham Əliyev Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ilə görüşmüşdür

12 mart 2013, 16:00
İlham Əliyev Monteneqro parlamentinin sədri Ranko Krivokapiç ilə görüşmüşdür

Monteneqroya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Villa Qoritsa” Dövlət İqamətgahında parlamentin sədri Ranko Krivokapiç ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Bu səfərin Azərbaycan ilə Monteneqro arasında gələcək əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulandı. Parlamentlərarası əlaqələrin, həmçinin dostluq qruplarının ikitərəfli münasibətlərin inkişafındakı rolu qeyd edildi.

Həmçinin, görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı üçün yaxşı imkanların olduğu bildirildi.

gallery-photogallery-photo