İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşü olmuşdur

24 yanvar 2013, 15:50
İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti  ilə görüşü olmuşdur

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə AYİB arasında uzun illərdir səmərəli əməkdaşlığın mövcudluğu vurğulandı, bu əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. AYİB ilə Azərbaycan arasında enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. Azərbaycanda sosial infrastrukturun inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı.

Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini qeyd edən AYİB-in prezidenti ölkəmizə səfər etmək niyyətində olduğunu dedi.