İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur

23 yanvar 2013, 21:25
İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirildi. Bu Forumun, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd olundu.

Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulandı.

Klaus Şvab ümidvar olduğunu bildirdi ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00