İlham Əliyev Horadizdə Heydər Parkının açılışında iştirak etmişdir

15 dekabr 2012, 13:05
İlham Əliyev Horadizdə Heydər Parkının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev dekabrın 15-də Horadizdə Heydər Parkının açılışında iştirak etmişdir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Parkında görülmüş tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, park Heydər Əliyev prospektində yerləşir. Əbədiyaşar liderin adını daşıyan bu parkın tikintisinə 2011-ci ilin iyununda başlanılmışdır. İnşaat işləri cari ilin sentyabrında başa çatdırılan parkın ərazisi 3,5 hektardır. Parkda ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır.

Diqqətə çatdırıldı ki, burada yaşıllıqlar salınmış, xarici ölkələrdən gətirilən müxtəlif dekorativ ağac və gül kolları əkilmiş, suvarma sistemi yaradılmışdır. Parkda dirəyinin hündürlüyü 33 metr olan dövlət bayrağı ucaldılmışdır. İstirahət mərkəzində 8 guşəli fəvvarə tikilmişdir. Şəhərə xüsusi gözəllik verən parkda müasir dizaynda inşa olunmuş internet-kafe də fəaliyyət göstərəcəkdir. Kompyuterlərlə təchiz edilmiş internet-kafedə gənclərin istirahəti üçün hər cür şərait vardır. Parkda çoxsaylı oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmış, ətrafdakı evlərin fasadları və damları əsaslı təmir edilmişdir.

Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00