“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27 dekabr 2024, 13:06

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.2-ci maddəsinin ikinci cümləsində, 16.1.11-17-ci, 102.1.44-cü, 106.1.35-ci, 164.1.41-4-cü, 164.1.63-cü (hər iki halda), 199.22-ci, 207.13-cü maddələrində, 212-1.1-ci maddəsinin birinci abzasında, 212-1.1.1-ci, 212-1.1.2-ci maddələrində və 221.8.5-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 12.2-ci maddəsinin ikinci cümləsində, 102.1.44-cü, 106.1.35-ci, 164.1.63-cü (birinci halda), 199.22-ci, 207.13-cü maddələrində, 212-1.1-ci maddəsinin birinci abzasında, 212-1.1.1-ci və 212-1.1.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 16.1.11-17-ci və 164.1.41-4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 221.8.5-ci maddəsinin ikinci abzasında “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 164.1.63-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə elektrik enerjisi istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, digər layihələrə münasibətdə isə dövlət tərəfdaşı kimi müəyyən edilən dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. vergitutma məqsədləri üçün amortizasiya və təmir xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

2.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi güzəştlərinin və azadolmaların təsnifləşdirilməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda müvafiq dəyişikliyi;

2.2.2. həmin Məcəllənin 102.1.44-cü, 106.1.35-ci, 164.1.63-cü, 199.22-ci və 207.13-cü maddələrinə uyğun olaraq, dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə minimum məbləğin həddini;

2.2.3. həmin Məcəllənin 212-1.1-ci maddəsinin birinci abzasına uyğun olaraq, xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını;

2.3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-17-ci maddəsinə uyğun olaraq, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 dekabr tarixli 239 nömrəli Fərmanı) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər üç halda) maddəsində, 12.2-ci maddəsinin ikinci cümləsində, 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.72-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 15.1.15-4-cü, 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-ci, 16.1.11-11-ci, 16.1.11-12-ci (hər iki halda), 16.1.11-13-cü (hər iki halda), 16.1.11-17-ci, 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.3-2-ci, 23.1.15-1-ci, 24.1.4-1-ci maddələrində, 24.1.6-cı maddəsinin ikinci cümləsində, 24.1.7-1-ci, 26.2-1-ci (hər iki halda), 27.2-ci, 28.3-cü, 30.6.5-ci, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 30.6.14-cü, 30.6.15-ci, 30.6.16-cı (hər iki halda), 33.2-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.8-1-ci, 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 35.1-ci, 35.5-ci (hər iki halda), 35.6-cı, 38.10-cu, 50-2.1-ci, 50-2.2-ci, 58.2-1-ci, 58.11-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.3-1-ci, 71-2.2-ci, 71-3.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.6.3-cü maddəsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 90.1-ci maddəsində, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.1-ci (hər iki halda) maddələrində, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 102.1.4-cü, 102.1.14.15-ci, 102.1.14.33-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.37-ci, 102.1.39-cu, 102.1.44-cü, 106.1.5-ci (hər iki halda), 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci (hər iki halda), 106.1.24-cü, 106.1.28-ci, 106.1.31-ci, 106.1.32-ci, 106.1.35-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 144.1.4-cü, 150.3.3-cü maddələrində, 150.3-1-ci maddəsinin ikinci hissəsində, 150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 160.4-cü, 164.1.7-ci, 164.1.10-1-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.20-ci, 164.1.25-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.31-ci, 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.41-4-cü, 164.1.42-ci, 164.1.46-cı, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.51-ci, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 164.1.56-cı, 164.1.56-1-ci, 164.1.60-cı, 164.1.61-ci (hər iki halda), 164.1.62-ci, 164.1.63-cü (hər iki halda), 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 175.13-cü maddəsinin ikinci cümləsində, 194.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 199.4.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 199.17-ci, 199.22-ci, 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 207.10-cu, 207.13-cü maddələrində, 212-1.1-ci maddəsinin birinci abzasında, 212-1.1.1-ci, 212-1.1.2-ci, 218-1.1.7-ci maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.9-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində, 221.4.10-cu maddəsində (hər iki halda), 221.4.13-cü maddəsinin birinci və ikinci (birinci halda) hissələrində, 221.8.5-ci maddəsinin ikinci abzasında və 227.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.2. 1.2-ci bənddən “və 224.4-cü” sözləri çıxarılsın;

4.3. 1.6-cı bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.4. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.7. həmin Məcəllənin 2.8-ci maddəsində, 12.2-ci maddəsinin ikinci cümləsində, 13.2.80-ci (birinci halda) maddəsində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 15.1.15-ci (birinci halda), 15.1.15-4-cü, 16.1.8-ci (birinci halda), 16.1.11-13-cü (birinci halda) maddələrində, 22-1.1-ci maddəsinin ikinci cümləsində, 33.8-1-ci, 50-2.1-ci, 71-1.3-cü, 71-2.2-ci, 71-3.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.1-ci (ikinci halda), 102.1.14.33-cü, 102.1.37-ci, 102.1.44-cü, 106.1.18-ci (birinci halda), 106.1.31-ci, 106.1.35-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 164.1.7-ci, 164.1.20-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.34-cü, 164.1.46-cı, 164.1.60-cı, 164.1.63-cü (birinci halda), 165.1.9-cu, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin birinci cümləsində, 199.4.1-1-ci, 199.17-ci, 199.22-ci, 207.10-cu, 207.13-cü maddələrində, 212-1.1-ci maddəsinin birinci abzasında, 212-1.1.1-ci, 212-1.1.2-ci maddələrində və 227.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.5. 1.8-ci bənddən “212.6-cı, 212.6.1-ci, 212.6.2-ci,” sözləri çıxarılsın;

4.6. 1.10-cu bəndə “16.6-cı” sözlərindən əvvəl “16.1.11-17-ci,” sözləri, “150.3-6-cı,” sözlərindən sonra “164.1.41-4-cü,” sözləri əlavə edilsin və həmin bənddən “, 225.3-cü maddəsinin birinci cümləsində” sözləri çıxarılsın;

4.7. 1.11-ci bənddə “221.8.5-ci maddələrində” sözləri “maddəsində və 221.8.5-ci maddəsinin birinci abzasının birinci cümləsində” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.8. 1.12-ci bənddə “222.3-cü maddəsinin ikinci cümləsində” sözləri “221.8.5-ci maddəsinin ikinci abzasında” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.9. 1.13-cü bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.10. 1.14-cü bənddən hər iki halda “İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.11. aşağıdakı məzmunda 1.23-1-ci bənd əlavə edilsin:

“1.23-1. həmin Məcəllənin 164.1.63-cü (ikinci halda) maddəsində “orqan (qurum)” dedikdə elektrik enerjisi istehsalı layihələrinə münasibətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, digər layihələrə münasibətdə isə dövlət tərəfdaşı kimi müəyyən edilən digər dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri nəzərdə tutulur;”;

4.12. 1.30-cu və 1.40-1-ci bəndlərdən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

4.13. 1.43-1-ci bənddən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında” və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

4.14. 1.43-2-ci bənd ləğv edilsin.

5. Bu Fərman 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42