Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə QAYDASI

23 dekabr 2024, 16:48

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 23 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Biznesinin İnkişafı Fondunun (bundan sonra – Fond) vəsaitindən istifadənin təşkilati və hüquqi əsaslarını müəyyən edir.

1.2. Fondun vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri çərçivəsində Fondun Müşahidə Şurasının müəyyən etdiyi prioritet sahələrə, o cümlədən qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə maliyyələşdirilmə və ya təminat mexanizmləri vasitəsilə (bundan sonra – dəstək mexanizmləri) sahibkarlığın inkişafına yönəldilir.

1.3. Fondun dəstək mexanizmləri aşağıdakı formalarda həyata keçirilir:

1.3.1. sahibkarlıq subyektlərinə müvəkkil təşkilatlar vasitəsilə güzəştli kreditlərin verilməsi (yalnız bank və bank olmayan kredit təşkilatları vasitəsilə) və güzəştli şərtlərlə digər maliyyələşdirmə;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi;

1.3.3. “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci, 8.1.2-ci və 8.1.5-ci maddələrində göstərilmiş formalarda ölkə daxilində, eləcə də ölkə xaricində yerli biznesin inkişafı ilə əlaqəli olan istiqamətlərdə investisiya qoyuluşu şəklində maliyyələşdirmə.

1.4. Aşağıdakıları əhatə etməklə, bu Qaydanın 1.3.1-ci və 1.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş dəstək mexanizmlərinin həyata keçirilməsi qaydasını bu Qaydanın tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir:

1.4.1. maliyyələşdirmənin və investisiya qoyuluşunun təfərrüatlı şərtlərini (o cümlədən müddəti və məbləği), onlarla əlaqədar müraciət edilməsi və müraciətə baxılma qaydasını;

1.4.2. maliyyələşdirmə və investisiya qoyuluşundan imtina hallarını, ayrılmış vəsaitin geri qaytarılması, habelə müvəkkil təşkilatlar tərəfindən Fond qarşısında öhdəliklər icra edilmədikdə görüləcək tədbirləri;

1.4.3. hesabatların və məlumatların təqdim edilməsi müddətini və qaydasını.

1.5. Bu Qaydanın 1.3.2-ci yarımbəndində nəzərdə tutulmuş dəstək mexanizminin həyata keçirilməsi qaydası Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilir.

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. müvəkkil təşkilat – Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun fəaliyyət göstərən, Fondun dəstək mexanizmləri üzrə sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə vasitəçilik edən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan hüquqi şəxs (bank, bank olmayan kredit təşkilatı, lizinq, faktorinq və investisiya fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsləri);

2.1.2. əməkdaşlıq müqaviləsi – Fondun dəstək mexanizmlərinin həyata keçirilməsi üzrə Fondla müvəkkil təşkilatlar arasında ümumi şərtləri müəyyən edən saziş.

2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

 

3. Dəstək mexanizmlərinin həyata keçirilməsi

 

3.1. Müvəkkil təşkilatlar vasitəsilə dəstək mexanizmləri aşağıdakı qaydada həyata keçirilir:

3.1.1. Fond dəstək mexanizmlərinin tətbiqi məqsədilə bu Qaydanın 5-ci hissəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq seçilmiş müvəkkil təşkilatlarla əməkdaşlıq edir;

3.1.2. bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, digər təşkilatların isə kapitalının (xalis aktivlərinin) 100 faizindən çox ola bilməz;

3.1.3. müvəkkil təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsində nəzərdə tutulmuş ona aidiyyəti şəxs olan sahibkarlıq subyektlərinə münasibətdə Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak edə bilməz.

3.2. Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə), eləcə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı Fondun Müşahidə Şurasının müəyyən etdiyi qaydada Fond qarşısındakı öhdəliklərin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

3.3. İnvestisiya qoyuluşu formasında maliyyələşdirmə bu Qaydanın 1.3.3-cü yarımbəndinə uyğun olaraq hüquqi şəxslərin yaradılması və yenidən təşkili, hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi, investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilə bağlanılması vasitəsilə həyata keçirilir.

 

4. Fondun vəsaitinin ayrılması və ondan istifadə

 

4.1. Fondun dəstək mexanizmləri üzrə layihələr Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən qaydada ekspertizadan keçirilir. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond layihələrin təmin olunmasına və ya onlardan imtina edilməsinə dair qərar qəbul edir.

4.2. Fondun fəaliyyətindən əldə olunmuş gəlirdən (faiz, cərimə, dividend və s.), həmin gəlirin Fondun saxlanılması xərclərinə ayrılan hissəsi istisna olmaqla, yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlər üçün istifadə olunur.

 

5. Müvəkkil təşkilatlara dair tələblər

 

5.1. Fondun dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak üçün müvəkkil təşkilatlara dair aşağıdakı tələblər müəyyən edilir:

5.1.1. müvəkkil təşkilatın 3 (üç) illik fəaliyyət təcrübəsinin olması;

5.1.2. müvəkkil təşkilatın son 2 (iki) maliyyə ili ərzində mənfəətlə fəaliyyət göstərməsi.

5.2. Müvəkkil təşkilatların seçilməsi meyarları Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilir.

5.3. Maliyyə bazarlarına nəzarət orqanının məcmu kapitalın məbləği, məcmu kapitalın adekvatlıq əmsalı, leverec əmsalı və ani likvidlik əmsalı üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan banklar, nizamnamə kapitalının məbləği üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan bank olmayan kredit təşkilatları və nizamnamə kapitalının məbləği, kapitalın adekvatlıq əmsalı, aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu üzrə müəyyən etdiyi normativlərin tələblərini pozan kredit ittifaqları Fondun müvəkkili ola bilməzlər.

6. Müvəkkil təşkilatlara limit ayrılması

 

6.1. Hər bir müvəkkil təşkilat üçün Fondun Müşahidə Şurasının müəyyən etdiyi qaydada limit müəyyən edilir.

6.2. Müvəkkil təşkilat tərəfindən istifadə edilməmiş limit azaldıla və ya ləğv edilə bilər.

 

7. Hesabatlılıq və monitorinq

 

7.1. Fond bu Qaydanın 1.3.1-ci və 1.3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş dəstək mexanizmləri üzrə ayrılmış vəsaitdən təyinatı üzrə istifadə edilməsinə nəzarət məqsədilə sahibkarlıq subyektlərində ilkin, növbəti və növbədənkənar monitorinqlər apara bilər.

7.2. Müvəkkil təşkilat sahibkarlıq subyektlərinin monitorinqini aparır və Fonda hesabat verir.

7.3. Müvəkkil təşkilatla sahibkarlıq subyekti arasında bağlanılan müqavilədə sahibkarlıq subyektinin fəaliyyətində şəffaflığın təmin edilməsi ilə bağlı tələblər, o cümlədən Fond tərəfindən monitorinq keçirilməsi üçün şərait yaratmaq, habelə vəsaitdən istifadə üzrə tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.

SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42