03 may 2024, 11:21

Zamin Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Bu gün ölkəmizin hər bir bölgəsində quruculuq işləri geniş vüsət alıb. Respublikamız inkişaf və tərəqqi yolunda inamla addımlayır. Sizin məqsədyönlü siyasətiniz nəticəsində biz gənclər ölkəmizin uğurlarına sevinir və Sizə minnətdarlığımızı bildiririk.

Sizin xarici ölkələrə səfərləriniz zamanı orada yaşayan həmyerlilərimiz tərəfindən sevinc hissi və alqışlarla qarşılanmağınız bizi fərəhləndirir, qürurlandırır. Xalq-iqtidar birliyini, Prezident-vətəndaş həmrəyliyini bütün dünyaya ən yaxşı şəkildə nümayiş etdiririk.

Uca Tanrı Sizi və ailənizi qorusun! Hər zaman var olasınız!

Biz Sizinlə fəxr edirik, cənab Prezident.

Hörmətlə,

Zamin Məmmədov,

özəl sektorun işçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.