03 may 2024, 16:10

İnqilab Ağayardan, Sumqayıt, Azərbaycan

Cənab Prezident!

Uca Allaha şükürlər olsun ki, Sizin müdrik siyasətiniz və Ordumuzun gücü ilə Azərbaycanın sərhədləri tam bərpa olundu. Buna görə Sizə minnətdarlığımı bildirirəm.

Mən özüm Qərbi Azərbaycanın Dərələyəz mahalındanam. Qərbi Azərbaycan icmasının yaradılması və icmanın fəaliyyətinə verilən dəstək çox təqdirəlayiq haldır. Nə indiki, nə də gələcək nəsillər həmin yerlərin dədə-baba torpaqlarımız olduğunu heç vaxt unutmamalıdır. Bu günlərdə Qərbi Azərbaycan Televiziyasının açılması tarixi torpaqlarımızla bağlı əsl həqiqətlərin təbliği işlərinə necə ciddi yanaşıldığını bir daha göstərir.

Xalqımız və dövlətimiz üçün gördüyünüz misilsiz işlərə görə Sizə qəlbən təşəkkür edirəm.

Var olun, cənab Prezident!

Hörmətlə,

İnqilab Ağayar

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.