03 may 2024, 14:04

Rufina Vəliyevadan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Ölkəmizin inkişafı üçün atdığınız addımlar hamımızı qürurlandırır. Doğma Vətənimizin hər tərəfində çiçəklənən şəhər və kəndləri gördükcə qəlbimiz sevinclə dolur. İşğaldan azad edilmiş ərazilərimiz yenidən dirçəldilir, insanlar öz dədə-baba yerlərinə qayıdırlar.

Şirvan şəhərində də abadlıq və yenidənqurma işləri öz axarında davam edir. Bir şəhər sakini kimi inanıram ki, bundan sonra da uğurlu işlərə imza atacaq, xalqımızı yenə sevindirəcəksiniz.

Bütün bunlar üçün Sizə minnətdarlığımı bildirəm, cənab Prezident!

Hörmətlə,

Rufina Vəliyeva

Azərbaycan Respublikası, Şirvan şəhəri.