25 aprel 2024, 10:30

Azər Əliyevdən, Ağdaş, Azərbaycan

Əziz və dəyərli Ali Baş Komandanımız.

Mən bir əsgər atası olaraq, Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz güclü siyasətiniz və diplomatiyanız nəticəsində daha bir möhtəşəm Zəfərə imza atdınız. Azərbaycan xalqını bir daha sevindirdiniz.

Neçə illərdir erməni işğalında olan dörd kəndimizin geri qaytarılması barədə razılıq əldə olunması və artıq sərhədlərin müəyyənləşdirilməsi işlərinə başlanılması uğurlarımızın davamıdır.

Uca Allah Sizi dövlətimizin başından əskik etməsin. Sizə uzun və sağlam ömür arzu edirik.

Hörmətlə,

Əliyev Azər.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Ləki qəsəbəsi.