23 aprel 2024, 10:31

İmruz Əfəndiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün xalqımız tarixi günlərini yaşayır, mühüm hadisələrə şahidlik edir. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində doğma Qarabağımız azaddır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri bir Azərbaycan vətəndaşı olaraq məni də çox qürurlandırır və sevindirir.

Cənab Prezident, düşünülmüş daxili və xarici siyasətiniz sayəsində qazandığımız uğurlar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Cari ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Sizə göstərilən etimad bunun bariz nümunəsidir. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

İmruz Əfəndiyeva,

Əməkdar incəsənət xadimi, 3-cü dərəcəli əmək ordenli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.