23 aprel 2024, 09:30

Maqsud Kərimovdan, Daşkənd, Özbəkistan

Hörmətli cənab Prezident.

Siz Azərbaycanın nailiyyətlərlə dolu ən yeni tarixinin yaradıcısısınız. Sizin fəth etdiyiniz zirvələr çox az siyasət adamına nəsib olur. Çünki bu ucalığa çatmaq üçün böyük xalq məhəbbətini qazanmalısan, Vətəni sidq-ürəkdən sevməlisən. Sizə belə böyük xalq sevgisi qazandıran məhz həyata keçirdiyiniz siyasətin real işə söykənməsi, insanların rifahına xidmət etməsidir.

Sizi tarixi qələbələr münasibətilə təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram.

İnanıram ki, Sizin rəhbərliyinizlə biz daha böyük xariqələrə imza atacağıq.

Allah Sizı uzun ömür versin.

Hörmətlə,

Kərimov Maqsud, “İmport Rosmetall” şirkətinin direktoru.

Özbəkistan Respublikası, Daşkənd şəhəri.