23 aprel 2024, 10:00

Sənan Bayramovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Müzəffər sərkərdəliyiniz, şəhidlərimizin canı-qanı hesabına qazanılan möhtəşəm Zəfərin siyasi-diplomatik müstəvidə davamı göz önündədir.

Azərbaycan xalqı əmin-amanlıq, regionda sabitlik pozulmadan əldə olunan siyasi-diplomatik qalibiyyətləri görür və çox yüksək qiymətləndirir. Nəyi necə, nə vaxt etmək lazımdır, Siz daha yaxşı bilirsiniz. Bizim Sizə olan inamımız, güvənimiz sarsılmazdır. Allah Sizi qorusun, var olun.

Hörmətlə,

Bayramov Sənan Rəsul oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Sadıllı qəsəbəsi.