22 aprel 2024, 19:10

Xanlar Əliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə yaşadığım Qaraxanlı kəndindən yazıram. Əvvəllər bura cəbhə bölgəsi idi. Rahatlıq tapmırdıq, o dağlara həsrətlə baxırdıq. İndi ərazilərimiz azadlığa qovuşub, təmizlənib. Bütün bunlar Sizin mahir sərkərdəliyiniz və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində mümkün oldu. Biz artıq dörd ildir ki, Qalib xalqıq və buna görə böyük fərəh hissi keçiririk.

Cənab Prezident, yürütdüyünüz müdrik və uzaqgörən siyasət sayəsində ali məqsədimizə çatdıq. Sizi çox sevirik, Allah da Sizi sevsin! Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Əliyev Xanlar Əli oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.