22 aprel 2024, 18:30

Xəyal Bəşirovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan üçün gördüyünüz əvəzolunmaz işlər və qazandırdığınız şanlı qələbələr bir daha Sizin böyük dövlət xadimi olduğunuzu sübut etdi. Bir qarış torpağımızın da düşməndə qalmaması üçün bütün dünyanı belə qarşınıza almağınız Sizin Azərbaycan xalqına aid olan əmanətə necə sahib çıxdığınızın bariz nümunəsidir.

Xalq olaraq Sizə bütövlüyü və suverenliyi təmin olunmuş Azərbaycanın yeni Prezidenti kimi etimad göstərdiyimizə görə çox sevinirik.

Allah Sizi qorusun, yolunuzu daim açıq etsin.

Hörmətlə,

Bəşirov Xəyal Kamil oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.