22 aprel 2024, 14:32

Nail Şəfizadədən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin gərgin əməyinizin, müdrik qərarlarınızın, qətiyyətli mövqeyinizin nəticəsidir ki, ölkəmiz gündən-günə inkişaf edir, böyük uğurlar qazanır. Fəxarətlə deyə bilərik ki, hazırda Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Cənab Prezident, bu uğurlar Sizin müdrik siyasətiniz, diplomatik məharətiniz sayəsində əldə edilib. Bu günlərdə Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı əldə olunan razılaşma Sizin növbəti qələbənizdir. Vətən müharibəsinin iştirakçısı olaraq bu xəbəri eşidəndə çox sevindim və qürur hissi keçirdim. Bir daha əmin olduq ki, həqiqətən də nəyi necə və nə vaxt etmək lazımdır, bunu Siz bilirsiniz. Azərbaycan xalqı hər zaman Sizə inanıb və inanır. Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Nail Atamoğlan oğlu Şəfizadə

Azərbaycan Respublikası, Tərtər rayonu, Azad Qaraqoyunlu kəndi.