22 aprel 2024, 12:51

Samir Abdulqədirovdan, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uzaqgörən və düşünülmüş siyasətiniz sayəsində Azərbaycan möhtəşəm qələbələr qazanmaqda davam edir. Müdrik liderliyiniz, möhkəm iradəniz sayəsində bu günlərdə xalqımız növbəti dəfə böyük sevinc və qürur hissi yaşayır. Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi daha bir mühüm qələbədir və bu qələbəni də bizə Siz bəxş etdiniz.

Siz torpaqlarımızı işğaldan azad etməklə Müzəffər Lider kimi xalqımızın qəlbində əbədiyaşarlıq qazanmısınız, adınızı tariximizə qızıl hərflərlə yazmısınız. Sizə minnətdarıq. Sizin rəhbərliyinizlə zəfərlərimizin davamlı olacağına əminik.

Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Samir Vidadi oğlu Abdulqədirov

Azərbaycan Respublikası, Qəbələ rayonu, Tüntül kəndi