22 aprel 2024, 17:25

Mahsun Cəfərovdan, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan,

Mən antiterror tədbirlərinin iştirakçısı və keçmiş məcburi köçkün vətəndaş kimi 4 kəndin qaytarılması barədə razılıq əldə olunması münasibəti ilə Sizi təbrik edir, minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. Allah Sizi Azərbaycan xalqına çox görməsin.

Sizin yürütdüyünüz müdrik siyasət, diplomatik addımlar dərin zəkanın məhsuludur və xalqımıza davamlı uğurlar qazandırır. Son 3-4 ildə elə böyük zəfərlər, nailiyyətlər əldə etmişik ki, bunun sevincini, qürurunu hələ onilliklər boyu yaşayacaq, gələcək nəsillərə ötürəcəyik.

Bir daha Sizə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Mahsun Cəfərov.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.