20 aprel 2024, 16:47

Səbinə Əzizlidən, Saatlı, Azərbaycan

Salam, cənab Prezident!

Hazırda o qədər qürurluyam ki, bu ali fəxarət hissini sözə çevirib cümlə ilə ifadə etməkdə çətinlik çəkirəm.

Bu xalq, bu millət uzun əsrlər boyu Sizin güclü siyasətiniz, möhtəşəm strategiyanız haqqında kitablar yazacaq, övladlarına danışacaq, gələcək nəsillərə ötürəcəkdir. Nəinki mən, dünya siyasətçiləri belə Sizin uzaqgörən siyasətiniz, dərin təfəkkürünüz qarşısında heyran qalıblar.

Mən şadam ki, azərbaycanlıyam. Şadam ki, mənim ölkəmin Sizin kimi Prezidenti var.

Hörmətlə,

Səbinə Əzizli

Azərbaycan Respublikası, Saatlı rayonu, Qaracalar kəndi.