20 aprel 2024, 16:20

Soltan Məmmədov və başqalarından, Ağdam, Azərbaycan

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Biz, Çəmənli kənd sakinləri keçmiş təmas xətti adlanan ərazidə yaşayırıq. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi işğalı dayandırdı. Nəticədə işğal edilmək üzrə olan 19 kənd xilas edildi və biz kənd sakinləri orada yaşamağa davam etdik.

Cənab Ali Baş Komandan!

Sizin rəhbərliyinizlə torpaqlarımız işğaldan azad olundu. Həyat daha da canlanmağa başladı. Artıq bütün Qarabağın ərazisində olan tikinti-quruculuq işləri ilə yanaşı, bizim ərazilərdə də abadlıq işləri aparılır. Çəmənli kəndinin təmirə ehtiyacı olan yollarına asfalt örtüyü salınır.

Cənab Prezident, bütövlükdə respublikamızda gördüyünüz işlərə görə Sizə bütün qarabağlılar, ağdamlılar və Çəmənli kənd sakinləri adından minnətdarlığımızı bildiririk.

Çox sağ olun!

Hörmətlə,

Soltan Məmmədov,

Böyükkişi Əliyev,

Əliqara Məmmədov,

İmamverdi Hüseynov,

Mehman Hüseynov və başqaları (15 nəfər).

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.