20 aprel 2024, 15:20

Milli Qəhrəmanın övladından, Laçın, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Mən, şəhid oğluyam. Mənim atam İsrafil Şahverdiyev dövlətimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır.

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması xəbərini böyük sevinclə qarşıladıq. Bu, Sizin və dövlətimizin növbəti qələbəsidir. Bu qələbə münasibətilə Sizi təbrik edir, xalqımız üçün gördüyünüz misilsiz və bənzərsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, bu müqəddəs yolda daha da müvəffəq olmağınızı Uca Rəbbimdən diləyirəm.

Hörmətlə,

Anar Şahverdiyev,

Azərbaycanın Milli Qəhrəmanı, şəhid İsrafil Şahverdiyevin övladı.

Azərbaycan Respublikası, Laçın şəhəri.