20 aprel 2024, 15:55

Xaris Nəsirovdan, Quba, Azərbaycan

Salam, çox hörmətli cənab Prezident İlham Əliyev.

Mən, Quba rayon Amsar kənd sakiniyəm, Qarabağ müharibəsi qazisiyəm. Bizim doğma Qubamıza göstərilən diqqətə, rayonumuzun sosial-iqtisadi inkişafına verilən mühüm töhfələrə görə Sizə dərin təşəkkürümü bildirir, ən xoş arzularımı çatdırıram.

Həmçinin qeyd etməyi özümə borc bilirəm ki, qazilərə və şəhid ailələrinə ehtiramla yanaşılması, qayğı göstərilməsi bizi məmnun edir. Vətən üçün hünər göstərən insanlara, şəhid ruhuna bəslənən bu münasibət gələcək nəsillər üçün bir çağırışdır.

Çox sağ olun cənab Prezident. Nə yaxşı ki, varsınız. Hər zaman yanınızdayıq və Sizi dəstəkləyirik.

Hörmətlə,

Xaris Nəsirov,

Qarabağ müharibəsi qazisi.

Azərbaycan Respublikası, Quba rayonu, Amsar kəndi.