20 aprel 2024, 13:50

Samir Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Ulu Öndər Heydər Əliyevin əsəri olan müasir Azərbaycanın azad, xoşbəxt vətəndaşı olmağımla fəxr edirəm. Bu gün Azərbaycan dövlətinin varlığı dünya şöhrətli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın bütövlüyünün, bütün ərazi boyu suverenliyinin bərpa olunması Ulu Öndərin layiqli davamçısı kimi özünü təsdiq etmiş Müzəffər Ali Baş Komandanın əməyinin nəticəsidir. Sizin qurduğunuz Azərbaycan Ordusu dünyanın ən güclü ordularından hesab olunur. Azərbaycan Ordusunu bu səviyyədə formalaşdıran və təcavüzkar Ermənistanı 44 günlük müharibə ilə yerində oturdan Sizsiniz.

Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, şəhid ailələrinə, qazilərə, aztəminatlı vətəndaşlara kömək göstərilməsi Sizin tərəfinizdən və Mehriban xanım Əliyeva tərəfindən çox yüksək səviyyədə həyata keçirilir.

Möhtərəm cənab Prezident!

Respublikamızın inkişafı və beynəlxalq aləmdə layiqli yer tutması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün gördüyünüz möhtəşəm işlərə görə Azərbaycan Respublikasının azad, xoşbəxt bir vətəndaşı kimi şəxsən öz adımdan, ailəmiz adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Görəcəyiniz möhtəşəm işlərdə Sizə uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Cəfərov Samir Rəhim oğlu,

Azərbaycan Respublikasının İdman ustası,

“Qızıl qələm” media mükafatının laureatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.