20 aprel 2024, 12:52

Aytac Nəsibovadan, Ağstafa, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycanın Zəfəri ilə yekunlaşan Vətən müharibəsi respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi, xalqımızın milli qürurunun və mübarizliyinin təntənəsinə çevrildi. Sizin komandanlığınızla qəhrəman Ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimiz üçün iftixar mənbəyi olan şanlı Zəfər qazandı.

Azərbaycan xalqı Sizin addımlarınızı yekdilliklə dəstəkləyir. Hər bir addımınız ölkəmizə və xalqımıza uğur bəxş edir, yolumuzu aydınladır, ruhumuzu pərvazlandırır. Tarix bir daha göstərdi ki, birlik və qətiyyət olan yerdə çox şeyə nail olmaq olar.

Ümumilikdə, xalqımıza olan diqqətiniz və qayğınız məni çox sevindirir. Sizə təşəkkür edirəm.

Allah Sizi qorusun!

Yaşasın müstəqil Azərbaycan və onun müdrik Lideri!

Hörmətlə,

Aytac Nəsibova

Azərbaycan Respublikası, Ağstafa rayonu, Dağkəsəmən kəndi.