19 aprel 2024, 16:01

Nəsimi Ələkbərov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Biz bir qrup Ağcabədi rayon Qaraxanlı kənd sakinləri olaraq daim ölkəmizdə infrastrukturun yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümüzü bildiririk və Ağcabədi rayon əhalisi adından Sizə öz sonsuz məhəbbətimizi çatdırmaq istəyirik.

Bir vaxtlar Azərbaycan əhalisi elektrik enerjisi ilə zəif təchizatdan, yolların yararsız vəziyyətdə olmasından və digər problemlərdən çox əziyyət çəkmişdir. İndi şükür Allaha, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə, təbii qazla, təmiz su ilə təminat respublika üzrə yüksək səviyyədədir. Bir çox məişət qayğılarından uzağıq. Bununla yanaşı, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi işləri də təqdirəlayiqdir. Bir sözlə, xalqımızın güzəranı gündən-günə yaxşılaşır.

Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Nəsimi Ələkbərov,

Vasif Əliyev,

Eyvaz Qarayev.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.