08 aprel 2024, 14:48

Ramiz Axundovdan, Şirvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Siz, 44 günlük Vətən müharibəsində Ordumuzla və xalqımızla birlikdə qazandığınız şanlı Zəfərlə böyük Türk dünyasının tarixinə düşdünüz. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqımıza sonsuz sevinc və qürur hissi bəxş etmişdir.

Sizin prezidentlik dövrünüz Azərbaycan Respublikasının tarixində müstəsna dövr kimi qalacaq və əsrlər boyu xalqın fəxarət ünvanı olacaqdır. Siz xalqın yurd həsrətinə son qoyan, Xocalı faciəsinin qisasını alan, Birinci Qarabağ müharibəsində şəhid olan oğullarımızın nigaran ruhlarına dinclik bəxş edən Lider kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqsınız.

Yolunuz daim açıq, uğurlarınız bol olsun, cənab Prezident!

Hörmətlə,

Axundov Ramiz

Azərbaycan Respublikası, Şirvan şəhəri.