06 aprel 2024, 16:00

Möhübbət Bədəlovdan, Naftalan, Azərbaycan

Əziz Prezidentimiz!

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri unudulmazdır.

Ötən ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi böyük bir tarixi hadisə olmaqla yanaşı, xalqımızın milli sərvəti sayılan əvəzsiz irsin öyrənilməsi baxımından böyük əhəmiyyətə malik oldu. Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Naftalanda da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi böyük təntənə və coşqu ilə qeyd edildi. Mən çox xoşbəxt və qürurluyam ki, dünyaşöhrətli siyasi xadimin irsinin təbliğ olunmasında iştirak etmişəm.

Əziz Prezidentimiz, Ulu Öndərin layiqli davamçısı olaraq, xalqımız və dövlətimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Bədəlov Möhübbət

Azərbaycan Respublikası, Naftalan şəhəri.