06 aprel 2024, 14:11

Əli Bədəlovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Mən bir tələbə olaraq, Sizin dövlət başçısı olduğunuz müzəffər ölkədə yaşadığıma görə fəxr edirəm. Azərbaycan gəncliyi özünü xoşbəxt hiss edir. Çünki həm yaxşı təhsil alması və səmərəli fəaliyyət göstərməsi, həm də hərtərəfli inkişafı üçün çox əlverişli şəraitə malikdır.

Cənab Prezident, mən, Sizə öz rayonumun əhalisi adından dərin təşəkkürlərimi çatdırmaq istəyirəm. Siz Bakı və ətraf qəsəbələrin kompleks inkişafına həmişə böyük diqqət və qayğı göstərmisiniz. Bu diqqətinizə, qayğınıza görə Sizə dərin minnətdarıq.

Uca Tanrı Sizə möhkəm cansağlığı versin!

Dərin sevgi və hörmətlə,

Bədəlov Əli Vüqar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.